Əfqanıstanın vitse-prezidentinə sui-qəsd olub


10:17     09 Sentyabr 2020 20_09_09_1599632286.jpg

Kabildə Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehə sui-qəsd edilib.

Femida.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı "TOLOnews" telekanalı yayıb.

Bildirilir ki, çərşənbə günü səhər Əfqanıstanın paytaxtında baş verən partlayış nəticəsində Əmrullah Saleh ciddi xəsarət almayıb.Hadisə ən azı 10 nəfərin ölümünə və bir o qədər də insanın yaralanmasına səbəb olub. Əmrullah Salehin üzü yüngül yanıb, əli zədələnib.

Açar sözlər:

Oxunub: 902