İranda 200 nəfər sudan zəhərlənib


10:33     09 Sentyabr 2020 20_09_09_1599632633.jpg

İranda bir kəndin 200 sakini sudan zəhərlənib.

Femida.az -ın məlumatına görə, Kirmanşah əyalətinin Salas Babacani kəndinin bir qrup sakini bazar ertəsi və çərşənbə axşamı zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Get-gedə müraciət edənlərin sayı artıb. Müraciət edən xəstələrdən bəziləri ambulator müalicə alıb, bəziləri zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Kirmanşah əyalətinin Böhranın İdarəetmə İdarəsinin rəhbəri Cəlil Balayi zəhərlənmənin sudan olduğunu təsdiqləyib: “Əyalət başçısının göstərişi ilə hazırda böhran qrupu yaradılıb və hadisənin baş vermə səbəbləri araşdırılır”

Açar sözlər:

Oxunub: 693