Lənkəranda sabiq bələdiyyə sədri barəsində cinayət işi başlanıb


11:15     09 Sentyabr 2020 20_09_09_1599635461.jpg

Lənkəran rayon Xanbulan bələdiyyəsinin sədri işləmiş Kazım Məmmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Lənkəran rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, araşdırmalarla Kazım Məmmədovun 2019-cu ilin sentyabr ayında bələdiyyə sədri işlədiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsinin Teymur Şahbazovun adına sənədləşdirilməsini öz üzərinə götürərək, bunun müqabilində sonuncudan 3 min manat məbləğində pul vəsaitini alıb, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib imzası və sədri olduğu bələdiyyənin möhürü ilə təsdiq etməsi nəticəsində Teymur Şahbazovun hüquqlarına və qanuni mənafelərinə, o cumlədən dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 756