Lənkəranda iki maşın toqquşub, ölən və yaralananlar var


11:42     09 Sentyabr 2020 20_09_09_1599636269.jpg

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza hadisəsi Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində baş verib. Günəhir kənd sakini, 1978-ci il təvəllüdlü Asif Fərəcovun idarə etdiyi 99-JR-725 dövlət qeydiyyat nömrəli "Ford" markalı yük avtomobili ilə İstisu kənd sakini, 1986-cı il təvəllüdlü Mais Kəlbiyevin idarə etdiyi 42-CN-713 qeydiyyat nömrəli "VAZ 2107" markalı avtomobil toqquşub. Minik maşınında olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan biri, 1979-cu il təvəllüdlü Mahir Əhmədov yolda dünyasını dəyişib. Digər xəsarət alanlar - 1947-ci il təvəllüdlü Güldərən Əhmədova, 1968-ci il təvəllüdlü Sevil Abdullayeva və 2014-cü il təvəllüdlü Hüseyn Mahir oğlu Əhmədzadə Travmatologiya şöbəsinə, sürücü Mais Rəcəbəli oğlu Kəlbiyev isə Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 754