AZAL oktyabrın 1-dək digər marşrutlar üzrə aviareysləri bərpa etməyəcək


12:11     09 Sentyabr 2020 20_09_09_1599637840.jpg

"Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən oktyabr ayının 1-dək əvvəllər mövcud olan aviareyslər üzrə uçuşların bərpası nəzərdə tutulmayıb.

AZAL-dan Femida.az-a verilən məlumata görə, hazırda xüsusi karantin rejiminin 30 sentyabr tarixinədək uzadılması səbəbindən AZAL yalnız İstanbul, London və Berlin istiqamətində xüsusi reyslər həyata keçirməyə davam edir.

Qeyd edək ki, cədvələ uyğun olaraq İstanbula uçuşlar hər gün, Londona – hər həftə cümə axşamları, Berlinə isə cümə günləri yerinə yetirilir.

Açar sözlər:

Oxunub: 949