Bakı, Sumqayıt və Abşeronda məktəbəqədər təhsil oktyabrın 1-dən başlayacaq


12:20     09 Sentyabr 2020 20_09_09_1599638925.jpg

Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında dəyişiklik edib.

Femida.az -ın xəbərinə görə, dəyişikliyə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində təhsil oktyabrın 1-dən başlayacaq.

Qərara əlavə olunan yeni bəndə əsasən, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tədris sentyabrın 15-dən başlayacaq.

Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.

Açar sözlər:

Oxunub: 969