Azərbaycanda 3 kimsəsiz uşaq əcnəbiyə övladlığa verilib


13:42     09 Sentyabr 2020 20_09_09_1599644548.jpg


“Keçən ilin noyabrın 1-dən uşaqların övladlığa verilməsi səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Noyabrın 1-dən indiyə qədər yalnız 3 uşaq əcnəbiyə övladlığa verilib”.

Femida.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov deyib.

Qeyd olunub ki, əvvəllər bu səlahiyyət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində olub: “Ötən ilin noyabrın 1-dək 80-ə qədər uşaq əcnəbilər tərəfindən övladlığa götürülüb”.

Femida.az

Açar sözlər:

Oxunub: 936