İcbari tibbi sığorta haqlarını ödəməyənlər cərimələnəcək


15:21     09 Sentyabr 2020 20_09_09_1599652424.jpg


İnzibati Xətalar Məcəlləsinə (IXM) dəyişiklik təklif edilməsi təklif olunur.


Femida.az-ın xəbərinə görə, Məcəllənin 460-cı maddəsinə (Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) dəyişiklik olunur.

Belə ki, Məcəlləyə təklif edilən dəyişikliklə icbari tibbi sığorta haqlarını ödəməkdən yayınmağa görə inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə ediləcək.

Bundan əlavə, Məcəllənin adına da dəyişiklik edilir. 460-cı maddənin adı dəyişdirlərək “Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma” olacaq.

Qanunun hazırkı varinatı isə belədir: “Az miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə - inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir.

Məcəllənin qeyd hissəsində bildirilir ki, bu maddədə “az miqdar” dedikdə, əlli min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur".

Femida.az

Açar sözlər:

Oxunub: 1127