Ombudsmanın nümayəndələri müvəqqəti saxlama yerinə baş çəkib
19:57 09 Sentyabr 2020
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən Daxili İşlər Nazirliyinin Göygöl Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə (MSY) başçəkmə həyata keçirilib.
Ombudsman aparatından Femida.az-a verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, inzibati qaydada həbs edilmiş və təqsirləndirilən şəxslərin beynəlxalq standartlara və daxili intizam Qaydalarına uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə çərçivəsində MSY-nin kameralarına, mətbəxə, hamama, istintaq, görüş, tibb və ibadət otaqlarına, gəzinti sahəsinə baxışlar keçirilib, tibbi yardımın təşkili, qidalanma, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.
Müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə saxlanılan bir nəfər inzibati həbs olunmuş şəxs fərdi qaydada qəbul olunub, hüquqlarının təmin olunması vəziyyəti yerində araşdırılıb.
Başçəkmənin yekununda MSY rəhbərliyi ilə söhbətlər aparılıb, saxlanma şəraitinin və sənədləşmənin aparılması işinin təkmilləşdirilməsi ilə bağlı milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.
Femida.az
Oxunub: 2023
Oxşar xəbərlər
- Ukrayna ombudsmanı: "Rusiya Krımda məcburi səfərbərliyə başlayıb"
- Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- Ombudsman: "Ukraynadakı azərbaycanlıların təxliyəsi ilə bağlı narahatlıq yoxdur"
- Ombudsman beynəlxalq və regional təşkilatları Ermənistan barədə qəti tədbirlər görməyə çağırıb
- Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb
- Ombudsman Rusiyada erməninin azərbaycanlı həkimə xəsarət yetirməsini pisləyib
- Ombudsman erməni terrorçunun Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib
- Ombudsman İmişlidə 11 yaşlı qızın zorlanmasına münasibət bildirib
- Ombudsman: "Azərbaycanda məhkum olunan erməni hərbçilərin heç bir şikayəti yoxdur"
- Ombudsman Bolqarıstan rəsmisini Ermənistan cinayətləri ilə bağlı məlumatlandırıb