Goranboyda iki ədəd top mərmisi zərərsizləşdirilib
09:28 10 Sentyabr 2020
Sentyabrın 9-da saat 15:17-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonu, Yuxarı Ağcakənd kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Yuxarı Ağcakənd kənd məntəqəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 1 ədəd 30 mm-lik zenit top mərmisi (BZT) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmilərinin ətrafında 50 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Oxunub: 900
Oxşar xəbərlər
- Goranboyda ağır yol qəzasında iki nəfər ölüb
- Goranboyda mikroavtobus aşıb, 24 nəfər xəsarət alıb
- Goranboyda mikroavtobus aşıb, 15 nəfər xəsarət alıb
- Goranboyda avtomobil aşıb, xəsarət alanlar var
- Goranboyda avtomobillər toqquşub, ölən var
- Goranboyda silah-sursat aşkarlanıb
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- Goranboyda 2 qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Goranboyda avtomobil aşıb, sürücü ölüb
- Goranboyda direktoru iş otağında qətlə yetirən şəxsin ibtidai istintaqı yekunlaşıb