Abşeronda baş vermiş qəzada yaralananlardan biri ölüb


09:36     10 Sentyabr 2020 2020/09/1599676891_1599676698553_oeresx0e_1599716293.jpeg

“Abşeronda baş verən qəzada 9 nəfər xəsarət alıb, onlardan 4-nə ambulator yardım göstərilib, digər 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə reanimasiyaya yerləşdirilib”.

Bu barədə Femida.az -a TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə, yaralılardan vəziyyəti ağır olan və açıq kəllə-beyin travması alan qadın gecə rəhmətə gedib.

Ambulator yardım göstərilən yaralılardan daha birinin vəziyyəti ağırlaşdığından reanimasiyaya köçürülüb. 3 nəfər ambulator yardım edilərək evə buraxılıb.

R. Əliyeva qeyd edib ki, reanimasiyadakı 6 nəfər bu gün palataya köçürüləcək.

Açar sözlər:

Oxunub: 513