Polisdən əhaliyə müraciət - Maska taxın, çalışın avtobusa minməyin!
12:10 10 Sentyabr 2020
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət edib.
BDYPİ-dən Femida.az-a daxil olan məlumatda deyilir:
Son vaxtlar paytaxt Bakıda fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sərnişin sıxlığının yaşanması müşahidə edilir.
Sərnişinlərin məsafə gözləmədən bir-birləri ilə yaxın təmasda olmaları, onların koronavirus (COVİD-19) infeksiyasına kütləvi şəkildə yoluxma riskini artırır və son bir neçə gündə ölkə ərazisində yoluxma sayının yüksəlmə səbəblərinin daha çox məhz bu faktorla əlaqəli olması ehtimal edilir.
Qeyd olunan halların qarşısının alınması məqsədilə DYP İdarəsi bir daha hərəkət iştirakçılarından, xüsusilə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdən xahiş edir ki, özlərinin və yaxınlarının sağlamlığının qorunması naminə, habelə bu tələblərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilməmələri, eləcə də xüsusi karantin rejiminin yenidən sərtləşdirilməməsi üçün mütləq qaydada tibbi maskalardan istifadə etsinlər və avtobuslarda mümkün qədər daha çox sosial məsafənin saxlanılmasının vacibliyini nəzərə alaraq sərnişinlərin sayı nisbətən artıq olan ictimai nəqliyyat vasitələrinə minməkdən çəkinsinlər.
Oxunub: 1033
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Yol polisi sürücülərə çağırış edib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Bakıda polis əməliyyat keçirib, 1 kq-dan çox heroin aşkar edilib