Azərbaycanın İsveçdəki diplomatları geri çağırılıb? - AÇIQLAMA


13:45     10 Sentyabr 2020 2020/02/xin_esas_1582897787.jpg


Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İsveçdəki diplomatlarının geri çağırılması ilə bağlı məlumata münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Femida.az-a cavab olaraq bildirib ki, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər.

“Bəzi KİV-də Azərbaycanın İsveçdəki diplomatik nümayəndələrinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizin İsveç Krallığındakı səfirliyinin əməkdaşları bu ölkədəki diplomatik fəaliyyətlərini davam etdirirlər”, - XİN rəsmisi əlavə edib.

Femida.az

Açar sözlər: #XİN   #İsveç   #diplomat  

Oxunub: 789