Tovuz döyüşlərini əks etdirən eksponatlar İstiqlal Muzeyinə verilib
15:23 10 Sentyabr 2020
Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə öz fəaliyyətini onlayn qaydada davam etdirən İstiqlal Muzeyi ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq “Vətən sizinlə qürur duyur!” layihəsini həyata keçirib.
Mədəniyyət Nazirliyindən Femida.az-a verilən məlumata görə, həmin layihə çərçivəsində muzeyin elmi işçisi Aynurə Tağıyeva iyul ayında Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalan Tovuz rayonunun Ağdam kəndində olub. O, Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun ailəsinə baş çəkib, onun döyüş yolu ilə maraqlanıb və doğmaları ilə birlikdə cəsur Vətən müdafiəçisinin xatirəsini yad ediblər.
Milli Qəhrəmanın ailəsi onun hərbi xidmətdə olduğu zaman ailəsinə göndərdiyi məktubu, eləcə də şəxsi qol saatını və bir neçə fotosunu muzeyə təqdim edib. Onu da qeyd edək ki, Naiq Yusifov Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıqovla qohumdur. Yusif Sadıqovun oğlu Mehdi bu ilin mayında atasına aid olan fotoları muzeyə hədiyyə edib.
Muzeyin əməkdaşı iyulda düşmənin Tovuz rayonuna hücumunun qarşısının alınması zamanı şəhid olmuş Elşad Məmmədovun valideynləri ilə də görüşüb, Ağdam kəndinin müdafiəsi zamanı göstərdiyi qəhrəmanlıqla maraqlanıb.
Atası oğluna məxsus qol saatını və portmanatını muzeyin eksponatları arasına qoyulması üçün muzey əməkdaşına təqdim edib. İyulun 13-də ermənilər tərəfindən artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizovun həyətində partlamış mərminin bir neçə qəlpəsi də muzey izləyicilərinə təqdim edilmək üçün götürülüb.
Femida.az
Oxunub: 766
Oxşar xəbərlər
- Tovuzda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
- Tovuzda avtomobillər toqquşub, xəsarət alan var
- Tovuzda toyda mübahisə düşüb, bıçaqlanan var
- Tovuzda gənc oğlan özünü asaraq intihar edib
- Tovuz sakinini elektrik cərəyanı vuraraq öldürüb
- Tovuzda 54 yaşlı qadın zəhərlənib, vəziyyəti ağırdır
- Tovuzda avtomobil aşıb, xəsarət alanlar var
- Tovuzda avtomobil aşıb, xəsarət alanlar var
- Tovuzda 75 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb
- Tovuz sakini 75 yaşlı atasını güllələyərək öldürüb