Bakı Apellyasiya Məhkəməsində dəmir qəfəslər ləğv edilib


17:56     10 Sentyabr 2020 20_09_10_1599746218.jpg


Bakı Apellyasiya Məhkəməsinin iclas zallarında mövcud olan sonuncu dəmir qəfəs sökülüb.

Femida.az xəbər verir ki, bunu vəkil Cavad Cavadov bildirib.

O qeyd edib ki, bütün dəmir qəfəslərin yerinə şüşə kabinlər quraşdırılır.

C.Cavadov deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında təqsirləndirilən şəxslərin dəmir qəfəslərdə saxlanılmasını Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə (insan ləyaqətini alçaldan rəftar) zidd hesab edib.

Femida.az

Açar sözlər: #məhkəmə  

Oxunub: 2093