Boşanmaların sayının artması parlamentdə müzakirə edilib


19:04     10 Sentyabr 2020 2020/09/meclis_esas_1599746801.jpg


Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.


Femida.az xəbər verir ki, komitə sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi toplantının gündəliyinə 5 məsələ daxil edilib.

O, komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim edib.

Daha sonra 2020-ci ilin payız sessiyası üçün 10 bənddən ibarət iş planı müzakirəyə çıxarılıb və təsdiqlənib.

Komitə iclasında həmçinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı layihə birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən H.Hüseynova bildirib ki, qanunun təhsil üzrə təminatlara dair 5-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də onların ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

İclasda Ailə Məcəlləsinə “ailə” anlayışının daxil edilməsi, alimetlərin verilməsi, uşaqlara qarşı zorakılıqlarla bağlı məsələlər gündəmə gətirilib. Daha sonra isə boşanmaların sayının artmasına toxunulub və və bu məsələlər ətrafılnda dinləmələrin keçirilməsi təklif olunub.

Komitədə müzakirə olunan bütün məsələlər Mili Məclisin plenar iclasına tövsiyə edilib.

Femida.az

Açar sözlər: #boşanma  

Oxunub: 699