Prezident Memorandumu təsdiqlədi


03:34     24 May 2015 cms-image-000004890.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2015-ci il aprelin 2-də Bakı şəhərində imzalanan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Qiymətli Kağızlar və Əmtəə Qurumu arasında yardım və qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.


Femida.az-ın məlumatına görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Anlaşma Memorandumunun müvafiq müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Bundan başqa, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri tərəfinə bildiriş göndərməlidir.

Açar sözlər:

Oxunub: 588