Sosial şəbəkələrdə narkotik qəbulunu təbliğ edən şəxs tutulub - VİDEO


10:43     11 Sentyabr 2020 20_09_11_1599806825.jpg

Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi Yevlax rayonunda qeydiyyatda olan əvvəllər məhkum olunmuş Ceyhun Məmmədov yaşadığı Binəqədi rayonu ərazisində tutulub. Şəxsi axtarış zamanı onun üzərindən bir büküm narkotik vasitə olan marixuana da aşkar edilib.

Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Ceyhun Məmmədovun mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.

Ceyhun Məmmədov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş qanun pozuntusuna yol verdiyindən onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən 15 gün müddətinə inzibati həbs cəzası təyin edilib.

Açar sözlər:

Oxunub: 241