Sumqayıtda ekologiyanı pozan şirkət 8000 manatadək cərimələnəcək


10:55     11 Sentyabr 2020 20_09_11_1599807443.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində canlı yayımlanan “Ekspert saatı”na izləyici tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsinin ərazisinə tullantıların atılması və ətrafa iy-qoxunun yayılması ilə bağlı ünvanlanan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə fəaliyyət göstərən "Servis-N" MMC-yə məxsus tullantıların əraziyə atılaraq qalaqlandığı faktı təsdiqini tapıb.

“Faktla bağlı Servis-N" MMC barəsində protokol tərtib olunub və Cəmiyyətin hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilib: "Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə MMC-yə məcburi göstəriş verilib”.

Açar sözlər:

Oxunub: 217