Bakıda mikroavtobus yük maşınına çırpılıb, ölən və yaralananlar var


11:48     11 Sentyabr 2020 20_09_11_1599810601.jpg

Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobus yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılıb.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 548