Neftçala RMX-nın sabiq baş həkimi məhkəməyə gətirilib


12:29     11 Sentyabr 2020 20_09_11_1599813025.jpg

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının cari ilin mart ayında keçirdikləri xüsusi əməliyyat zamanı həbs edilən Neftçala Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Telman Zahidov və sabiq Təhsil Şöbəsi müdiri Əjdər Kərimov Səbail rayon Məhkəməsinə gətirilib.

Femida.az -ın xəbərinə görə, hakim İlkin Rüstəmlinin sədrlik etdiyi məhkəmədə sabiq baş həkim və şöbə müdiri barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılır.

Qeyd edək ki, sabiq baş həkim və şöbə müdirinə qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa cinayət əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 608