Jurnalist olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib
14:56 11 Sentyabr 2020
Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 11-də 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib
Mərkəzdən Femida.az-a bildirilib ki, bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş abituriyentlər iştirak ediblər.
İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunub.
İmtahan bütün binalarda saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.
İmtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan 230-dan çox mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar.
İmtahandan məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər.
Femida.az
Oxunub: 566
Oxşar xəbərlər
- Jurnalist Oğuz Altayın vəfatından 1 il keçir
- Jurnalist Araz Zeynalov vəfat edib
- Jurnalistikaya qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcək
- Jurnalist Əfqan Sadıqov əfv edilib
- Jurnalist Aytən Məmmədovaya hücumla bağlı cinayət işi başlanılıb
- Jurnalist vəsiqəsinin formasının ilkin layihəsi artıq hazırlanıb
- Jurnalistlərə təhlükəli bölgələrdə fəaliyyət barədə treyninq keçirilib
- Jurnalistlər Ermənistan parlamentində etiraz təşkil ediblər
- Jurnalist olmaq istəyən 760 abituriyent qabiliyyət imtahanı verəcək
- Jurnalistlər üçün SMM təlimi keçiriləcək