Şagirdlərin yerdəyişməsi dayandırılır


15:03     11 Sentyabr 2020 2020/09/60b29855-c5ca-3782-9232-d5c1dc245123_850_1599822272.jpg

11 sentyabr saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemində yay dövrü üçün şagird yerdəyişməsi prosesi dayandırılır.

Təhsil Nazirliyindən Femida.az-a bildirilib ki, səbəb siniflərin komplektləşdirilməsinin təmin edilməsi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması prosesi 15 sentyabr saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərinin əvvəl oxuduğu məktəbdən götürərək yerdəyişmə etdikləri məktəbə təqdim olunmasını təmin etməlidirlər.

Yerdəyişmə portalının oktyabrın ilk həftəsində yenidən açılması planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 229


Oxşar xəbərlər