Nazirlik: Azərbaycana gələn ərəb ovçulara ciddi nəzarət olunur
16:43 11 Sentyabr 2020
Azərbaycana gələn turistlərin təqribən 3-5 faizi öv məqsədilə gəlir.
Femida.az-ın məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Facebook səhifəsində “Ekspert saatı”nın növbəti canlı yayımında deyib.
O qeyd edib ki, əlbəttə ki, ov üçün gələn turistlər ölkəmizə əlavə xarici valyutanın gəlməsi deməkdir:
“Sual verilən zaman xüsusilə ərəb ovçuları qeyd olundu. Ancaq nəzərinizə çatdırım ki, Azərbaycana gələn əcnəbi ovçulara daha məsuliyyətlə yanaşılır, daha ciddi nəzarət olunur. Belə ki, əcnəbi ovçulara Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi də nəzarət edir.
Bütün dünyada turistləri cəlb etmək üçün müəyyən infrastruktur yaradılır. Azərbaycanda da bu istiqamətdə lazımi tədbirlər görülür”.
Femida.az
Oxunub: 541
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"