Təhsil haqqında dəyişiklik gözlənilmir - Nazirlik


17:03     11 Sentyabr 2020 telebe_krediti.jpg

Tələbələrin təhsil haqqında hər hansı dəyişikliyin olması gözlənilmir.

Femida.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, tələbə təhsil müəssisəsi ilə müvaqilə bağlayanda imza atır ki, ödənişini edəcək.

“Hazırki şəraitdə forma dəyişib, amma məzmun dəyişməyib. Tələbələr əgər distant təhsili yaxşı və keyfiyyətli hesab etmirsə, bir və ya iki illik akademik məzuniyyət götürüb, işləyib, gələn il yenidən təhsillərini davam etdirə bilərlər”.

Femida.az

Açar sözlər:

Oxunub: 557