Parkda qalan ailə sığınacağa yerləşdirildi


18:10     11 Sentyabr 2020 20_09_11_1599833558.jpg


Bəzi sosial şəbəkə səhifələrində Quba sakini Həbibov İlqar Həmdulla oğlunun ailəsi ilə birgə çətin həyat şəraitində, küçədə yaşadığı və işsiz olduğu barədə məlumat paylaşılıb.


Femida.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri həmin ailə ilə görüşüblər. Məlum olub ki, İlqar Həbibov Quba rayonunda ona məxsus evini satıb və daha sonra Bakıya köçüb.

Hazırda yaşamağa evi olmadığından 3 gündür ki, ailəsi ilə birlikdə parkda qalır.

Ailə müvəqqəti sığınacağa yerləşdirilib. Həmçinin Məşğulluq mərkəzi tərəfindən İlqar Həbibovun işlə təmin edilməsi üçün qeydiyyatı aparılıb. Artıq vətəndaş əmək müqaviləsi ilə haqqı ödənilən ictimai işə cəlb olunub və bazar ertəsindən etibarən işə başlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 511