782 tələbə başqa universitetə köçürüldü


19:58     11 Sentyabr 2020 20_09_11_1599844733.jpg


Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

Təhsil Nazirliyindən Femida.az-a bildirilib ki, transfer.edu.az portalı vasitəsi ilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1070 nəfər müraciət edib. Onlardan 782 nəfərinin müraciəti müsbət cavablandırılıb.

Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 710 nəfərdən 671 nəfərini bakalavriatura, 39 nəfərini isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.

Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 92 nəfərdən 72-nin müraciətinə müsbət cavab verilib.

Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib.

Femida.az

Açar sözlər: #universitet   #təhsil   #tələbə  

Oxunub: 247