İctimai nəqliyyatın fəaliyyəti yenidən iki günlük dayandırıldı


09:00     12 Sentyabr 2020 avtobus6.jpg


Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.

Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.

Qərara əsasən, 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Femida.az

Açar sözlər: #Bakı  

Oxunub: 487