Azərbaycanda uşağı olmayan 6869 ailə boşanıb


10:33     12 Sentyabr 2020 20_09_12_1599891238.jpg

Ötən il Azərbaycanda 18 yaşadәk uşaqları olan 17 min 148 ailәdә boşanma qeydә alınıb.


Bu barədə Femida.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2019-cu ildə boşanmaların 6869-u uşağı olmayan ailələrdə baş verib.
Bundan əlavə, boşanan 4654 ailədə bir uşaq, 5625 ailədə isə iki və daha artıq uşaqlar olub. Boşanma nəticəsində 17576 uşaq valideynlərdən biri ilə qalıb.

Qeyd edək ki, 2017-ci ildə 18 yaşadәk uşaqları olan 14867, 2017-ci ildə 14514, 2016-cı ildə 13114, 2015-ci ildə 12764, 2014-cü ildə isə 12088 ailə dağılıb.

Femida.az

Açar sözlər: #ailə   #boşanma  

Oxunub: 327