Narkotiklə tutuldu - Evindən silah çıxdı


13:29     12 Sentyabr 2020 2020/09/1599901918850_KhMXyPMw_1599903075.jpg

Bakıda narkotik vasitə ilə tutulan şəxsin evindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə ilə tutulan İ. İsmayılovun Lökbatan qəsəbəsində yaşadığı evin həyətindəki qarajdan “Makarov” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 472