İçərisi dolu seyf oğurlandı


14:14     12 Sentyabr 2020 seyf-qarət-oğurluq.jpg

Bakıda evdən külli miqdarda oğurluq edilib.

DİN mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Binəqədi rayonu ərazisindəki evlərin birindən içərisində 1000 manat, 4500 ABŞ dolları və 20000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Allahverdiyev saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 409