Qaçırdıqları maşını hissələrə söküb yandırdılar
15:33 12 Sentyabr 2020
Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində R.Mənsumova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılıb, daha 1 nəfər isə müəyyən edilib.
Araşdırmalar zamanı onların avtomobilin hissələrini sökmələri və avtomobili yandırmaları müəyyən edilib.
Femida.az
Oxunub: 388