Növbəti vakansiya seçiminə start verilir


16:21     12 Sentyabr 2020 2020/09/muall-1599913103_1599913337.jpg

Bu ilin 4, 7, 8 sentyabr tarixlərində Tarix, Coğrafiya və İnformatika fənləri üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, qeyd olunan fənlər üzrə ümumi təhsil müəssisələrinə keçid balı 36 olaraq müəyyənləşdirilib.

Namizədlər 13 sentyabr saat 14:00-dan 14 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə biləcəklər.

Qeyd edək ki, 4, 7 və 8 sentyabr tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları üzrə apellyasiya müraciətlərinə baxılıb və nəticə barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 585