Bakı, Sumqayıt və Abşeronda məhdudiyyətlər qüvvədə qaldı
16:45 12 Sentyabr 2020
Sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində bir sıra məhdudiyyətlər qüvvədə qalır.
Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair Qərarında qeyd edilib.
Əlavə olaraq sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin aşağıdakı məhdudiyyətlər tətbiq ediləcək:
- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılır:
- ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilir:
- 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilir:
- çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;
- 2020-ci il 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.
Femida.az
Oxunub: 490
Oxşar xəbərlər
- Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayının pensiyaları ödənilib
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar qrafikdən əvvəl ödənilib
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar artımla ödənilib
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar nə zaman ödəniləcək?
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiya alanlara ŞAD XƏBƏR
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi
- Bakı, Sumqayıt, Abşeron, Gəncə və Şəkidə əyani tədris qismən bərpa olunub
- Bakı, Sumqayıt, Abşeronda əyani təhsilin forması açıqlanıb