Bakı şəhər Prokurorluğu Nizami Xudiyevin oğlunun işdən çıxarılması barədə məlumatlara aydınlıq gətirib


19:19     12 Sentyabr 2020 Prokurorluq%20yen%20%20070714.jpg

Bakı şəhər Prokurorluğu Nizami Xudiyevin prokurorluq orqanlarında çalışan oğlunun işdən çıxarılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Bakı şəhər Prokurorluğundan Femida.az
-a verilən məlumata görə, bəzi KİV-də Nazim Nizami oğlu Xudiyevin tutduğu vəzifədən azad edilməsi barədə yayılan məlumatlar yalandır: "Nazim Xudiyev hazırda Bakı şəhər Prokurorluğunda idarə prokuroru vəzifəsində çalışır".

Qeyd edək ki, Nazim Xudiyev AzTV-nin sabiq rəhbəri Nizami Xudiyevin oğludur.

Açar sözlər:

Oxunub: 516