"Yüksəliş" müsabiqəsinin iştirakçıları zəhərləndi - İmtahan təxirə salındı


20:28     12 Sentyabr 2020 2020/09/1599922301037_cSMXpfD9_1599929486.jpg


Bu gün keçirilən "Yüksəliş" müsabiqəsinin əyani mərhələsi zamanı iştirakçılar arasında zəhərlənmə baş verib.

Femida.az xəbər verir ki, Bakı şəhəri 291 saylı ekologiya liseyində keçirilən imtahanın nahar fasiləsində təqdim olunan yeməklər iştirakçıların səhhətində problem yaradıb.

İmtahan iştirakçılarının bir hissəsi nahar fasiləsindən sonra özünü pis hiss edib. Təşkilatçılar dərhal məsələyə müdaxilə edərək imtahanın ikinci hissəsinin dayandırılmasına qərar verib. Sözügedən binadakı imtahan təxirə salınıb.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqənin bu mərhələsini keçən 300 nəfər yarımfinal mərhələsinə yüksələcək.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Yüksəliş   #imtahan   #müsabiqə  

Oxunub: 1353