Lənkəranda ər arvadını qətlə yetirib


11:14     13 Sentyabr 2020 20_09_13_1599981253.jpg

Lənkəran rayonunda qətl hadisəsi baş verib.

Femida.az -IN verdiyi məlumata görə, qətl hadisəsi rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb.

Bir müddət əvvəl azadlığa çıxmış keçmiş məhkum - 1983-cü il təvəllüdlü Mais Məhərrəm oğlu Abıyev həyat yoldaşı 1981-ci il təvəllüdlü Günay Gəray qızı Abıyevanı yaşadıqları evdə qətlə yetirib. İlkin məlumata görə, cinayət odlu silahla törədilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 447