Azərbaycanda gənc qız özünü hərəkətdə olan avtomobildən yola atdı


12:07     13 Sentyabr 2020 20_09_13_1599984471.jpg

Kürdəmir rayonunda sürücü ilə mübahisə edən 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb.

Femida.az "Report”a istinadla xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, Kürdəmir rayonunun Xırdapay kəndinin 27 yaşlı sakini İbadov Əsəd Füzuli oğlu "VAZ-2107" markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən onunla sərnişini, Kürdəmir rayon Şıxımlı kəndinin 21 yaşlı sakini Şükürova Ayşən Aqil qızı arasında mübahisə yaranıb. Bu zaman A.Şükürova hərəkətdə olan avtomobilin qapısını açaraq özünü avtomobildən yerə atıb.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan A.Şükürova Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıya ilkin tibbi yardım göstərsələr də, vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki xəstəxanlaradan birinə göndərilib.

Hazırda hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 325