Hindistanda 94 mindən çox insanda koronavirus aşkarlandı


15:06     13 Sentyabr 2020 2020/09/f99d3009-9b3d-3d29-9912-864a3a4d8dae_850_1599995262.jpg

Son sutkada Hindistanda koronavirusa 94 372 yoluxma qeydə alınıb.

Femida.az xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bununla da Cənubi Asiya ölkəsində COVID-19-a yoluxma hallarının sayı 4,7 milyonu ötüb.

Nazirlik bildirib ki, pandemiyanın əvvəlindən 4 754 356 vətəndaşın koronavirusa yoluxması təsdiqlənib. Ölkədə 78 586 nəfər təhlükəli infeksiyanın qurbanı olub. Son sutkada 1 114 nəfər pandemiyanın qurbanı olub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-u pandemiya elan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 237