Azərbaycanda daha 155 nəfər COVID-19-a yoluxdu


18:39     13 Sentyabr 2020 20_09_13_1600009373.jpg

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 155 yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 38 min 327 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 756 nəfər müalicə olunaraq sağalıb, 562 nəfər vəfat edib. Aktiv xəstə sayı 2009 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6751, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 9 min 478 test aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 261