AQTA imtahandakı zəhərlənmə ilə bağlı araşdırma aparır


21:01     13 Sentyabr 2020 20_09_13_1600016549.jpg


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin növbəti mərhələsində qida qəbulundan sonra texniki heyət, İşçi qrupunun üzvləri və müsabiqə iştirakçıları arasında bəzi şəxslərin səhhətinin pisləşməsi ilə bağlı məlumat daxil olub.

Femida.az-ın məlumatına görə, AQTA-dan APA-ya bildirilib ki, hadisənin araşdırılması məqsədilə dərhal Agentliyin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və istehlak edilən qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 567