Ermənilər Tovuzu yenidən atəşə tutub


12:05     14 Sentyabr 2020 ateskes.jpg


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

Femida.az

Açar sözlər: #müdafiə   #Tovuz   #Ermənistan   #cəbhə  

Oxunub: 253