Bu il Bakıda yeni metrostansiya istifadəyə veriləcək


12:08     14 Sentyabr 2020 20_09_14_1600071023.jpg


Bakı metropoliteninin şərti olaraq “B3” adlandırılan stansiyasında tikinti işləri yekunlaşmaq üzrədir.


Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, stansiyada son tamamlanma işləri aparılır:

“Stansiyada quraşdırılacaq avadanlıqların bir çoxu xarici ölkələrdən gətirilir. Əgər avadanlıqların gətirilməsi prosesində pandemiya ilə əlaqədar gecikmələr olmasa, stansiyanın bu ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır”.



www.grandhayat.az

Daha ətraflı

B.Məmmədov onu da əlavə edib ki, stansiyanın deyilən vaxtda açılışı bir az da avadanlıqları istehsal edən şirkətlərlə bağlıdır:

“Əgər avadanlıqlar vaxtında gətirilsə, şərti adı “B3” olan stansiya ilin sonunda istifadəyə veriləcək. Pandemiya ilə bağlı zəruri avadanlıqları istehsal edən şirkətlərdə problem olmasa, vaxtında gətirilərək quraşdırılacaq”.

Femida.az

Açar sözlər: #metro  

Oxunub: 239