Xırdalanda reyd keçirildi - 80 sürücü cərimələndi
12:20 14 Sentyabr 2020
Abşeron Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polis (DYP) Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilib.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, reyd zamanı avtobuslarda və taksilərdə maskadan istifadə etməyən sərnişinlər və sürücülər yol polisləri tərəfindən müəyyən edilərək cərimələniblər.
Belə hallara yol verən avtobus sürücüləri barəsində ciddi tədbirlər görülüb. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb.
Həmçinin taksilərdə sərnişinlərlə sürücülər arasında quraşdırılmalı olan şəffaf arakəsmələrdən istifadə etməyən şəxslər də cərimə ediliblər.
Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Xırdalan şəhər sakinləri ilə fərdi profilaktik söhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib.
Reyd zamanı həmçinin Xırdalan şəhərində avtobus dayanacaqlarında nəqliyyat vasitələrini saxlayan və bununla da sıxlığın yaranmasına səbəb olan sürücülər barəsində də protokollar tərtib edilib.
Tədbir zamanı ümumilikdə epidemiya qaydalarını pozan 30-dan artıq şəxs, dayanma-durma qaydalarına əməl etməyən 80 sürücü cərimələnib.
Qeyd edək ki, Abşeron rayonunda polislər tərəfindən belə profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Femida.az
Oxunub: 583
Oxşar xəbərlər
- "Yol qəzalarının 59 faizini piyadaların vurulması təşkil edir" - Vaqif Əsədov
- 5 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur
- Yol polisi altı ayda 52 milyon manat cərimə yazıb
- DYP 390 avtomobili postlardan geri qaytardı
- Bu prospektində hərəkət məhdudlaşdırılacaq
- Yüzlərlə avtomobil postlardan geri qaytarılıb
- AA seriyalı avtomobil karantin postundan geri qaytarıldı - FOTO
- Ağcabədidə əleyhqazın hava təmizləyiciləri tapıldı - Foto
- Bakıda bankomatı “laqonda” ilə kəsib 174 min manat apardılar