Parlamentdə deputatların yumruq davası - VİDEO


21:17     11 Dekabr 2015 47934.jpg


Ukraynada Ali Radasında yenə dava düşüb. İclas zamanı partiyaların nümayaəndələri arasında yaranmış mübahisə əlbayaxa davaya keçib.

Qarşıdurma baş nazirin franksiya üzvlərindən ibarət "Xalq Cəbhəsi" partiyası ilə "Pyotr Poroşenko Bloku" arasında olub.

Parlament iclasında baş nazir Arseniy Yatsenyukun çıxışı zamanı deputatlar arasında anlaşılmazlıq yaşanıb.

İki partiya arasında toqquşmaya səbəb baş nazirin sözləri olub. Belə ki, nazir hökumətin koalisiyanın yaradılması nəticəsində formalaşdırıldığını qeyd edib. Buna görə də, blok öz nazirlərinin çıxışlarına görə, xüsusilə energetika və kömür sənayesi naziri Vladimir Demçişinın çıxışına görə məsuliyyət daşıyır. Bu davanın ilk qığılcımı olub.

Bu sözlərdən xoşu gəlməyən deputatlardan biri əlində bir dəstə gül ilə tribunaya yaxınlaşıb. Onu vurub və baş naziri qucağına alaraq tribunadan uzaqlaşdırmağa çalışıb. Buna etiraz edən digər deputatlar isə ona mane olmağa çalışıblar. Nəticədə dava başlayıb.

Bundan sonra Poroşenko blokunun lideri deputatlardan və baş nazirdən üzr istəyib. Davaya baxmayaraq Yasenyuk Nazirlər Kabinetinin hesabını dinləməyi təklif edib.

Maraqlısı odur ki, bənzər hallar Ukrayna parlamentində tez-tez dava düşür, deputatlar əlbəyaxa davaya çıxırlar.


Açar sözlər:

Oxunub: 1723