Keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü


14:22     14 Sentyabr 2020 2020/09/16000-1600078290_1600079099.jpg

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə həyata keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a bildiriblər ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yaxadəllək kənd sakini əvvəllər məhkum olunmuş R.Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 50 çətənə kolu və 1 kiloqram 941 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla əlaqədar təhqiqat aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 455