DİM sədrindən valideynlərə çağırış
15:23 14 Sentyabr 2020
“Bu il üçün 44 766 nəfər ixtisas seçminə buraxılıb, onlardan 23 300-ü artıq öz seçimini edib”.
Femida.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədrinin sözlərinə görə, son 10 ilin müşahidələri onu deməyə əsas verir ki, həmişə I qrupa axın çox olur:
“Texniki ixtisaslara maraq var. Abituriyentlərin "hara düşəcəm?" sualını görəndə təəccüblənirəm. Çünki kimsə harasa düşmür, sadəcə seçimə görə ixtisasa qəbul olmaq var. Odur ki, ixtisas seçimi zamanı çox diqqətli olmaq lazımdır. Valideyn övladının seçimini edəndə gözüyumulu etməsin. Bəzən olur ki, maddi imkan olmur amma ödənişli yerlər yazılır”.
M.Abbaszadə əlavə edib ki, bu il I qrup üzrə 14 924 plan yeri ayrılıb:
“Onlardan 200 dövlət sifarişli yerlər II imtahandan sonra bəzi ali təhsil müəssisəsinə veriləcək. 10 343 şəxs bu il üçün I qrup üzrə 200 baldan yuxarı nəticə göstərib. Əsas odur ki, onlar seçimini düzgün etsin. 250-260 bal nəticə göstərən 9 162 şəxs var”.
Oxunub: 439
Oxşar xəbərlər
- DİM abituriyentlərə ediləcək güzəştlərin detallarını açıqlayıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
- DİM həftəsonu 44 mindən çox şagird üçün imtahan keçirəcək
- DİM bu gün Bakıda dövlət qulluğuna test imtahanı keçirəcək
- DİM tərəfindən növbəti imtahanlar keçirilib
- DİM 26 mindən artıq abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM 17 mindən artıq bakalavr üçün magistraturaya qəbul imtahanı keçirəcək
- DİM bu gün dövlət qulluqçusu olmaq istəyənlər üçün imtahan keçirəcək
- DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir