Bakıda axtarışda olan cibgir saxlanıldı


15:53     14 Sentyabr 2020 cibgir1.jpg

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan N.Musayev saxlanılıb.


Femida.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 9 nəfərin çantasından və cibindən mobil telefonlar oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 267