DİM-dən keçid balları ilə bağlı açıqlama


16:00     14 Sentyabr 2020 2019/01/dim_yeni_1548059111.jpg

I ixtisas qrupunda 600 baldan yuxarı nəticə göstərən abituriyentlər 611 nəfərdir. Keçən il 553 nəfər olub. Yüksək istəkli ixtisaslarda keçid balları bir qədər yüksək ola bilər.

Femida.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il 500 baldan yuxarı nəticə göstərənlərin sayı 1903 nəfərdir, ötən il il isə 1864 nəfər olub.

“400 baldan yuxarı nəticə göstərənlər bu il 3931 nəfər, keçən il isə 3935 nəfər olub. 400-dən aşağı balda müsabiqə vəziyyəti təxminən keçən ilki ilə eyni səviyyədə gözlənilir. Yüksək ixtisaslar üzrə keçid balları bir qədər fərqlənə bilər”.

Femida.az

Açar sözlər:

Oxunub: 519