Qanunsuz balıq ovlayanlar 12 min manatdan çox cərimələnib
17:09 14 Sentyabr 2020
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Qaradağ rayonu və Sumqayıt şəhərinin sahil sularında, İmişli, Saatlı rayonlarının ərazisindəki göllərdə, Baş Mil-Muğan kollektorunda və Pirsaatçay çayında qanunsuz balıq ovlayan şəxsləri saxlayıb.
Femida.az xəbər verir ki, bunu Xidmətin rəisi Hikmət Əlizadə deyib.
O bildirib ki, həmin şəxslərdən istifadəsi qadağan olunan ov alətləri, müxtəlif növ balıqlar götürülüb: "Araşdırma zamanı qanun pozucularının Qaradağ rayon sakinləri İmran və Teymur İsayev, Sumqayıt şəhər sakini Əkrəm Əliyev, İmişli rayon sakini Ramal Mirzəyev, Saatlı rayon sakinləri İltizam və Nizamət Məhərrəmov, Asif Yunusov, Samit Nəcəfov, Müslüm Aslanov, Səlimcan Fərəməzov, Fikrət Əliyev və Şamaxı rayon sakini Eyvaz Qənbərov olduğu müəyyən edilib. Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib edilib və onlar ümumilikdə 12 757 manat məbləğində cərimə olunub”.
Femida.az
Oxunub: 575
Oxşar xəbərlər
- Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub
- Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
- Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Goranboydakı mövqelərini atəşə tutub
- Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
- Qanunsuz erməni silahlı dəstə üzvlərinin apardığı mühəndis işlərinin qarşısı alınıb
- Qanunsuz miqrasiyaya görə 7 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib
- Qanunsuz ov edən şəxslər cəzalandırılıb
- Qanunsuz silahlı birləşməyə qoşulan Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb
- Qanunsuz küçə ticarəti ilə bağlı reydlər keçirilir
- Qanunsuz ov edən şəxslər cəzalandırılıb